Press "Enter" to skip to content

SXA sədrinin Qəbələdə növbəti vətəndaş qəbulu

SXA sədrinin Qəbələdə növbəti vətəndaş qəbulu

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov növbəti vətəndaş qəbulunu Qəbələdə keçirib. Qəbulda İsmayıllı sakinləri də iştirak ediblər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “müraciətlər arasında mənzil və avtomobil təminatı, sanatoriya-kurort yollayışları ilə təminat və s. ilə bağlı məsələlər üstünlük təşkil edib. Vətəndaşların sualları cavablandırılıb, əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib”.

Ardınca xəbərdə, “müxtəlif rayonlar üzrə mütəmadi olaraq təşkil edilən qəbullar vətəndaş müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması məqsədi daşıyır. Bu il ərzində respublikanın müxtəlif şəhər və rayonlarında 130-dan çox vətəndaşın iştirak etdiyi 8 qəbul keçirilib. Qeyd edək ki, SXA-nın fəaliyyət istiqamətlərinə dair müraciəti olan hər bir vətəndaş qəbulda iştirak edə bilər. Bunun üçün vətəndaşlar (012) 525-41-30 (daxili 5625) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, yerli filiala yaxınlaşa, o cümlədən Agentliyin sosial şəbəkə hesablarına müraciət edə bilərlər” deyə bildirilir.

Mission News Theme by Compete Themes.