Press "Enter" to skip to content

Yeni mərhələnin başlanğıcı – VİDEO

Nurgali Jusipbay

Son yeniləmə: 15 Noyabr 2025

Nurgali Jusipbay: Qasım-Jomart Toqayevin Rusiyaya son səfərində tərəflər arasında ümumilikdə 14 sənəd imzalanıb

BAYRAQDAR MEDİA – “Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin Rusiyaya son səfəri Qazaxıstan–Rusiya münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir”.

Bunu TRT-nin müxbiri Nurgali Jusipbay deyib.

Səfərlə bağlı TRT Avaz üçün dəyərləndirməsində Nurgali Jusipbay bildirib ki, səfər çərçivəsində tərəflər arasında ümumilikdə 14 sənəd imzalanıb.

Onun sözlərinə görə prezidentlər arasında keçirilən görüşdə enerji, iqtisadiyyat, nəqliyyat da daxil olmaqla demək olar ki, bütün sahələr üzrə ikitərəfli əlaqələrin inkişafı müzakirə edilib. Səfər zamanı həmçinin Rusiya ilə Qazaxıstan arasında Hərtərəfli Strateji Müttəfiqlik haqqında Bəyannamə imzalanıb.

Nurgali Jusipbay deyib ki, Prezident Toqayev bu Bəyannaməni iki ölkə arasında münasibətlərin yeni bir dövrə qədəm qoyması kimi qiymətləndirib.

Məlumata görə, prezidentlərin görüşündə o da qeyd edilib ki, yaxın illərdə iki ölkə arasında ticarət dövriyyəsinin 30 milyard dollara çatdırılması hədəflənir: “Hazırda Qazaxıstanda iyirmi mindən artıq rus sərmayəli şirkət fəaliyyət göstərir və Qazaxıstanla Rusiya arasında qarşılıqlı ticarət həcmi hər keçən il artmaqda davam edir. Bundan əlavə, hazırda iki ölkə arasında ümumilikdə 175 orta və böyük layihə icra olunur. Görüş çərçivəsində, həmçinin, iki ölkənin hökumətləri arasında 2012–2013-cü illəri əhatə edən geniş miqyaslı fəaliyyət proqramı da təsdiqlənib”.

Mission News Theme by Compete Themes.