BAYRAQDAR MEDİA – 2025-ci ilin yanvar-oktyabr aylarında DOST mərkəzlərində 739 min vətəndaşa xidmət göstərilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Məlumata görə, 2019-cu ilin may ayından ötən dövrdə ölkəmizdə artıq 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşada filialı, Kəlbəcər DOST məntəqəsi açılıb: “Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən DOST modeli əsasında dövlət sosial xidmətləri “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir. DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,6 faizdir”.





