Press "Enter" to skip to content

Bu, nifrət məqsədli təxribatdır

Dursun Oğuz

Dursun Oğuz: Rum tərəfi federal həll istəmədiyini bir daha göstərdi

BAYRAQDAR MEDİA – Güney Kıbrısda KKTC bayrağının yandırılması quzeydə halqı narazılıq və etiraz yaradıb. KKTC daxili işlər naziri Dursun Oğuz, bunu “nifrət məqsədli təxribat” kimi qiymətləndirib.

Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.

Məlumata görə, nazir bildirib ki, bu hərəkət nifrət məqsədi daşıyır və sülhə, əmin-amanlığa, iki toplum arasındakı etimad mühitinə zərər verən bir təxribatdır.

D.Oğuz baş verən hadisənin tum tərəfinin əsl niyyətini bir daha ortaya qoyduğunu bildirib: “Bu cür nifrət və hörmətsizlik nümayişləri, Güney Kıbrıs rəhbərliyinin və gəncliyinin federal həll istəmədiyinin sübutudur. Onların türk xalqına qarşı nifrətlərini içlərində saxlamağa davam etdiklərini göstərir.”

Nazir qeyd edib ki, adada iki toplumun bərabər suverenliyi əsasında sülh içində yaşama ideyası getdikcə güclənir və bu cür təxribatlar yalnız nifrət və parçalanmanı dərinləşdirir.

D.Oğuz açıqlamasında milli simvollara hörmətin universal dəyər olduğunu vurğulayaraq belə deyib: “Bayrağı yandırmaq bir xalqın şərəfinə, kimliyinə və varlığına hücumdur. Bu davranış mədəniyyət, sülh və insanlıqla uzlaşmır. Heç vaxt qəbul edilə bilməz.”

Mission News Theme by Compete Themes.