Azərbaycanın tamhüquqlu iştirakçı kimi qəbul edilməsi regional əməkdaşlığın Xəzərin o tayına keçərək türk dünyası istiqamətində yeni mərhələyə yüksəldiyini göstərən tarixi bir addımdır
BAYRAQDAR MEDİA – Noyabrın 16-da Daşkənddə keçirilən Orta Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu iştirakçı kimi qəbul edilməsi regional əməkdaşlığın Xəzərin o tayına keçərək türk dünyası istiqamətində yeni mərhələyə yüksəldiyini göstərən tarixi bir addımdır.
Bu barədə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binali Yıldırımın facebook hesabında edilən paylaşım qeyd edilib.
Paylaşımda deyilir: “Bu inkişaf Orta Dəhlizin və Zəngəzur xəttinin güclənməsini təmin etməklə yanaşı, nəqliyyatla birlikdə rabitə dəhlizləri, rəqəmsal infrastruktur və kibertəhlükəsizlik sahələrində daha sıx inteqrasiyanı mümkün edərək türk dünyasının gələcəyə yönəlik strateji bütövlüyünü möhkəmləndirir. Qardaşlığımızı daha güclü regional memarlığa çevirən bu addımı məmnuniyyətlə qarşılayıram”.









