BAYRAQDAR MEDİA – “Bu gün Azərbaycanı tamhüquqlu iştirakçı qismində bizim formata qoşulması barədə tarixi qərar qəbul etdik”.
Bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündəki çıxışında deyib.
Qazaxıstan Prezident Administrasiyasının məlumatına görə, Qasım-Jomart Toqayev yeni statusunda Azərbaycanın regional əməkdaşlığın möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcəyinə əmin olduğunu bildirib.





