Press "Enter" to skip to content

Daşkənd görüşü ilə bağlı daha bir xəbər

Bayraqlar

Növbəti zirvə, “Orta Asiya və Azərbaycan dövlət Başçıları Məşvərət Görüşü” adi ilə keçiriləcək

BAYRAQDAR MEDİA– Noyabrın 16-da qəbul edilən sənədlər və irəli sürülən təkliflərin əsas məqsədi, ortaq, sabit, təhlükəsiz və firavan Orta Asiya yaratmaqdır. Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib.

Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.

Məlumata görə, dövlət başçısı “xüsusilə vurğulamaq istəyirəm: Gücümüz birlikdədir, uğura aparan yol dostluq və əməkdaşlıqdan keçir. Yalnız birlikdə işləyərək, qarşılıqlı hörmət, həmrəylik və strateji yanaşmalara əsaslanaraq ali məqsədlərimizə çata bilərik” deyib.

Ş.Mirziyoyev bildirib ki, növbəti zirvə “Orta Asiya və Azərbaycan Dövlət Başçıları Məsləhət Toplantısı” adı ilə keçiriləcək. O, 2026-cı ildə “Orta Asiya və Azərbaycan” adı ilə yeni formatda təşkil olunacaq Dövlət Başçıları Məsləhət Toplantısının sədri olacağı üçün Türkmənistan Prezidenti Serdar Berdimuhammedovu təbrik edib.

Mission News Theme by Compete Themes.