BAYRAQDAR MEDİA – Azərbaycan milli hərəkatı fəalları Təbrizin müxtəlif məntəqələrində milli tələblərlə bağlı şüarlar və etiraz məzmunlu vərəqələr paylayıblar.
Xəbəri Güney Azərbaycan Demokratik Türk Birliyinin mətbuat xidməti yayımlayıb.
Xəbərdə deyilir ki, “vərəqələrdə yer alan həştəqlər “öz müqəddəratını təyinetmə haqqı”, “milli hərəkatın müstəqilliyi” və “hər cür hakimiyyət təzyiqinin rəddi” kimi mövzular əsasında hazırlanıb. Şüarlar Azərbaycan toplumunun mərkəzçi siyasətlərə, təhlükəsizlik layihələrinə və təzyiqlərə qarşı dayanışmasını ifadə edir”.
Vərəqələrdəki həştəqlər:
#Azərbaycan_milləti_qərar_verir
#Milli_hərəkat_millətdən_millət_üçün
#Vətən_satqınlığına_yox
#Azərbaycan_öz_yolunu_gedir
#Azərbaycan_milli_hərəkatı_ticarət_mövzusu_deyil
#Kürd_terrorizminə_yox
#Mərkəzçiliyə_yox
#Təhlükəsizlik_layihələrinə_yox
#Azərbaycan_satılıq_deyil
#Azərbaycan_milli_hərəkatında_həşiyə_yaratmağa_yox
Bildirilib ki, “şəhərin küçələrində, piyada keçidlərində və müxtəlif ictimai məkanlarda geniş şəkildə yayılan bu vərəqələr şəhər sakinlərinin diqqətini cəlb edib. Şahidlərin sözlərinə görə, təhlükəsizlik qüvvələri dərhal vərəqələri toplamağa başlayıblar. Aksiya son günlərdə azərbaycanlı fəalların saxlanması, artan təhlükəsizlik təzyiqləri və davam edən ittiham-sənədləşdirmə prosesləri fonunda baş verib. Milli hərəkat fəalları bildirirlər ki, “Azərbaycan cəmiyyəti heç vaxt təhlükəsizlik təzyiqləri, kimliksizlik siyasəti və mərkəzçi yönlü layihələr qarşısında milli mövqeyindən geri çəkilməyəcək””.





