BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzləri üzrə xüsusi müsabiqənin müsahibə mərhələsi elan edilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “sözügedən Nazirliyin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində keçirilmiş attestasiyanın nəticələrinə əsasən 3 əleyhinə, 2 lehinə göstərici ilə qiymətləndirilmiş namizədlər üçün təşkil olunan xüsusi müsabiqənin test mərhələsini uğurla keçmiş şəxslər növbəti – müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyat 17-22 noyabr tarixlərində “MyCulture” vahid şəxsi kabineti üzərindən aparılır”.





