Press "Enter" to skip to content

“İnsan alverinə qarşı mübarizə” maarifləndirici görüşü

“İnsan alverinə qarşı mübarizə” maarifləndirici görüşü

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində (NDU) “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə universitetin Sosial iş və Psixologiya ixtisasının tələbələri və müəllimlər iştirak ediblər. Agentliyin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin əməkdaşları Mərkəzin fəaliyyəti barədə iştirakçılara məlumat veriblər. İnsan alverinə şərait yaradan amillər, insan alveri qurbanlarının yaşadığı sosial-psixoloji çətinliklər və s. haqqında danışılıb. Eyni zamanda, insan alverinə qarşı mübarizə sahəsində mövcud hüquqi mexanizmlər iştirakçıların diqqətinə çatdırılıb”.

Sonda əməkdaşlar tələbələrin suallarını cavablandırıb.

Mission News Theme by Compete Themes.