Press "Enter" to skip to content

KKTC-dən rum tərəfinə sərt cavab

Tahsin Ertuğruloğlu

Tahsin Ertuğruloğlu: Ön şərtin arxasına sığınanlar türk tərəfinə ön şərt qoya bilməz

BAYRAQDAR MEDİA – “Kıbrıs məsələsində cəmi bir ön şərt var, o da rum tərəfinin “Kıbrıs Cümhuriyyəti” deyə qəbul edilməsidir”.

Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ertuğruloğlu, adanın rum lider Nikos Xristodulidisin “Danışıqlar ön şərtsiz başlamalıdır” açıqlamasına sərt cavab verərkən deyib.

KKTC Xarici İşlər Nazirliyinin məlumatına əsasən, bunu Türk Ajansı Kıbrısa (TAK) verdiyi açıqlamada T.Ertuğruloğlu, Nikos Xristodulidisin “Danışıqların Kıbrısın yeni türkü liderliyi ilə qeyd-şərtsiz, 2017-ci ilin yayında qalınan nöqtədən yenidən başlaması” barədə bəyanatına belə cavab verib: “Kıbrıs məsələsində cəmi bir ön şərt var, o da rum tərəfinin “Kıbrıs Cümhuriyyəti” deyə qəbul edilməsidir. Bu ön şərt illərlə aparılan danışıqların uğursuzluğunun əsas səbəbidir. Türk tərəfinin suveren bərabər iki dövlət gerçəyini ifadə edən siyasəti ön şərt deyil, mövcud olan ön şərti aradan qaldırmaq siyasətidir. Rum tərəfi bu ön şərtin arxasında gizləndiyi müddətcə türk tərəfinə ön şərt irəli sürmək hüququna malik deyil.”

Mission News Theme by Compete Themes.