Şavkat Mirziyoyev: Bu qərar xalqlarımızın ortaq tarix, qohumluq bağları, mənəvi və mədəni yaxınlıqla birləşən ümumi maraqlarına tam cavab verir
BAYRAQDAR MEDİA – “Bu qərar xalqlarımızın ortaq tarix, qohumluq bağları, mənəvi və mədəni yaxınlıqla birləşən ümumi maraqlarına tam cavab verir”.
Bunu noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündəki çıxışında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib.
Özbəkistanın xabar.uz saytının məlumatına görə, Ş.Mirziyoyev həmçinin əminliyini ifadə edib ki, bu strateji addım Məşvərət Görüşlərinə güclü təkan verəcək, ticarət-iqtisadi, investisiya və mədəni-humanitar əməkdaşlığın genişlənməsi üçün yeni üfüqlər açacaq, həmçinin dayanıqlı inkişaf məsələləri üzrə konsolidə olunmuş qərarların hazırlanmasına şərait yaradacaq: “Əslində, biz Orta Asiya ilə Güney Qafqaz arasında möhkəm körpü quracaq, vahid əməkdaşlıq məkanının formalaşmasına yol açacağıq ki, bu da, şübhəsiz, hər iki regionun strateji qarşılıqlı bağlılığını və dayanıqlığını daha da gücləndirəcək”.





