Press "Enter" to skip to content

Özbəkistan Prezidentindən maraqlı dəyərləndirmə

Şavkat Mirziyoyev çıxış edərkən

Şavkat Mirziyoyev: Bu gün biz regionun Yeni Orta Asiya kimi tarixi dirçəlişi astanasındayıq

BAYRAQDAR MEDİA – “Əminəm ki, bu gün biz regionun Yeni Orta Asiya kimi tarixi dirçəlişi astanasındayıq”.

Özbəkistanın xabar.uz saytının məlumatına görə, bunu noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündəki çıxışında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib.

Məlumata əsasən, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev, Qırğızıstan Prezidenti Sadır Caparov, Tacikistan Prezidenti Emomali Rahmon, Türkmənistan Prezidenti Serdar Berdimuhamedov, həmçinin BMT-nin Mərkəzi Asiya üçün Preventiv Diplomatiya üzrə Regional Mərkəzinin rəhbəri Kaxa İmnadze iştirak ediblər.

Özbəkistan Prezidenti çıxışında onu da qeyd edib ki, mürəkkəb və proqnozlaşdırılması çətin olan beynəlxalq-siyasi proseslər fonunda region ölkələri arasında həmrəyliyin və qarşılıqlı dəstəyin möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir: “Əminəm ki, bu gün biz regionun Yeni Orta Asiya kimi tarixi dirçəlişi astanasındayıq. Qarşımıza əməkdaşlığımızın institusional əsaslarının daha da gücləndirilməsi, təhlükəsizlik və dayanıqlı inkişaf çağırışlarına koordinasiyalı cavabların hazırlanması kimi məqsədlər qoymuşuq. Artıq indidən on-dörd il sonra regionun necə olmasını istədiyimiz barədə aydın təsəvvürə sahib olmağımız vacibdir”.

Mission News Theme by Compete Themes.