Press "Enter" to skip to content

Yeni qurumun təsisçisi QHT Forumunun rəhbəri ilə görüşüb

Ramil İskəndərli və Şəbnəm Tofiqqızı

BAYRAQDAR MEDİA – Yeni qurulmuş “Dünya Xalqlarının Mədəniyyəti” İctimai Birliyinin təsisçisi və sədri, pedaqoq, ssenarist, şair və yazar Şəbnəm Tofiqqızı Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli ilə görüşüb.

Görüşdə yeni qurumun fəaliyyəti haqqında Forum rəhbərinə məlumat verilib, onunla fikir mübadiləsi aparılıb.

Ramil İskəndərli Azərbaycanda vətəndaş cəmiyyətinin sərbəst fəaliyyəti üçün yaradılmış şəraitdən danışıb, yeni quruma işlərində uğurlar diləyib.

Şəbnəm Tofiqqızı bildirib ki, artıq Birliyin sənədləri qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim edilib. O, əlavə edib ki, qeydiyyat prosesi başa çatdıqdan sonra təşkilat ölkədə və ondan kənarda Azərbaycan mədəniyyətinin tanıdılmasına mümkün töhfəni verməyə hazırlaşır.

Ramil İskəndərli də öz növbəsində deyib ki, başçılıq etdiyi Forum milli maraqlara xidmət edən bütün qurumlarla iş birliyinə açıqdır.

Mission News Theme by Compete Themes.