BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Birliyinin (AB) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundiç ilə görüşüb.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumata görə, görüşdə vurğulanıb ki,Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından olan AB ilə iqtisadi-ticarət münasibətləri genişlənir: “AB ilə ölkəmiz arasındaenerji, investisiyalar və digər istiqamətlər üzrə tərəfdaşlıq regional inkişafa töhfə verir. Tərəflər Azərbaycan-AB əməkdaşlığının prioritetlərini müzakirə ediblər. Ölkəmizin strateji inkişaf hədəfləri və AB-nin Azərbaycan üçün 2024-cü il üzrə Maliyyələşdirmə Sazişi barədə fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı birgə fəaliyyət çərçivəsində ticarət, enerji, nəqliyyat, infrastruktur və rəqəmsallaşma üzrə təşəbbüslər, əməkdaşlığın şaxələndirilməsi imkanları qeyd olunub”.





