BAYRAQDAR MEDİA – Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Elmixan Allahyar oğlu Kərimov Polşa ərazisində saxlanılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Gəncə şəhər Baş Polis İdarəsində ibtidai istintaq edilən dələduzluq cinayəti işi üzrə E.Kərimov təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib. Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən həmin şəxsin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür”.





