10 ayda 65 mindən çox uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib
BAYRAQDAR MEDİA – “2025-ci ilin yanvar-oktyabr ayları ərzində 65 min 4 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib”.
Dövlət Sosial Müdafiə Fondunun məlumatında belə deyilir.
Qeyd edilir ki, müavinət ödənişləri 30 min 552 nəfər qız, 34 min 452 nəfər oğlan uşağına görə aparılıb.





