Press "Enter" to skip to content

EN-də “Yaşıl Dəhliz Birliyi” MMC-nin ümumi yığıncağı

EN-də “Yaşıl Dəhliz Birliyi” MMC-nin ümumi yığıncağı

BAYRAQDAR MEDİA – Energetika Nazirliyində (EN) “Yaşıl Dəhliz Birliyi” MMC-nin iştirakçıları olan “Azərenerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistanın Milli Elektrik Şəbəkələri” ASC nümayəndələrinin ümumi yığıncağı keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “energetika nazirinin müavini Orxan Zeynalov “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin əhəmiyyətini vurğulayıb, bu layihənin ölkələr arasında əməkdaşlığı yeni bir səviyyəyə çıxardığını qeyd edib. Bu çərçivədə “Yaşıl Dəhliz Birliyi” MMC-nin uğurlu fəaliyyətinin xüsusi önəm kəsb etdiyi bildirilib”.

Ardınca xəbərdə, “yığıncaq zamanı iştirakçılar Tural Əliyevin “Yaşıl Dəhliz Birliyi” MMC-nin yeni Baş direktoru təyin edilməsi və şirkətin nizamnamə kapitalının artırılması barədə razılığa gəliblər. Bununla yanaşı, texniki-iqtisadi əsaslandırmanın həyata keçirilməsi üçün məsləhətçi şirkətin cəlb edilməsi və digər təşkilati məsələlər ətrafında müzakirələr aparılıb” deyə bildirilir.

Sonda qəbul edilmiş qərarlara dair müvafiq sənədlər imzalanıb.

Mission News Theme by Compete Themes.