Press "Enter" to skip to content

İğdırda Heydər Əliyev Parkı salınır

Tikinti işləri ilə tanışlıq

Layihə tamamlanmaq üzrədir

BAYRAQDAR MEDİA – Iğdır valisi Ercan Turan, inşasında son mərhələyə daxil olunan Heydər Əliyev Parkı layihəsinin tikinti sahəsinə baş çəkib.

Bu barədə igdirhaber.net saytı məlumat verib.

Məlumata görə, vali Ercan Turan görülən işlərlə bağlı rəsmilərdən ətraflı məlumat alaraq, layihəyə verilən dəstəyə görə Çevrə, Şəhərsalma və İqlim Dəyişiklikləri naziri cənab Murat Kuruma təşəkkür edib: “Vali Turan parkın 2026-cı ilin əvvəlində tamamlanaraq vətəndaşların istifadəsinə veriləcəyini bildirib. Layihə çərçivəsində nəzərdə tutulan 250 avtomobillik qapalı dayanacaq sahəsini də gəzən Vali Turan bu hissənin şəhər mərkəzindəki nəqliyyat sıxlığının azalmasına mühüm töhfə verəcəyini qeyd edib”.

Vali parkın Iğdıra yeni bir sosial həyat məkanı qazandıracağını və müasir şəhər meydanı yaradacağını vurğulayıb.

Mission News Theme by Compete Themes.