Press "Enter" to skip to content

Mərkəzi Bankın eksperti müşavir təyin olunub

Asif İbrahimov

Son yeniləmə: 17 Noyabr 2025

BAYRAQDAR MEDİA – Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində (AQC) yeni kadr təyinatı həyata keçirilib.

Qurumun sədri Vüqar Orucun sərəncamı ilə Asif İbrahimov Arzuman oğlu müşavir vəzifəsinə təyin edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya AQC-dən məlumat verilib.

Qeyd edilib ki, A.İbrahimov Mərkəzi Bankın məsləhətçi-eksperti kimi də fəaliyyət göstərir. O, həm də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında müəllimlik fəaliyyətini davam etdirir və müxtəlif dövlət və özəl təşkilatlarda təlimçi kimi çıxış edir.

Asif İbrahimovun atası İbrahimov Arzuman Pənah oğlu 1992-ci ildə Qarabağ döyüşlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olub.

Mission News Theme by Compete Themes.