BAYRAQDAR MEDİA – Türkiyə Mətbuat Federasiyası (TÜBAF) tərəfindən hər il təşkil olunan Anadolu Media Mükafatlarının 11-ci buraxılışı üçün münsiflər heyəti müəyyən edilib.
Bu barədə Federasiyanın məlumatında qeyd edilib.
Bildirilib ki, “builki mükafatları qiymətləndirəcək münsiflər öz sahələrində özünü sübut etmiş sayğılı şəxslərdən ibarətdir. Münsiflər heyətinə aşağıdakı şəxslər daxildir: Yavuz Donat – Sabah qəzetinin yazarı; Murat Yancı – Demirören Media TV Qrupu başqanı; Nermin Yurteri – NTV-nin baş redaktoru; Mustafa Çelik – Ülke TV İdarə Heyətinin sədri; Hüseyn Likoğlu – Yeni Şafak qəzetinin baş redaktoru”.
Məlumatda deyilir ki, mərasimdə Türkiyə mediasının gücləndirilməsi, uğurlu qurum və şəxslərin təqdir olunması və ictimai fərqındalığın artırılması məqsədilə milli və yerli media qurumlarına mükafatlar təqdim ediləcək. İl sonunda keçirilməsi planlaşdırılan mərasimə Prezident Recep Tayyip Erdoğanın da qatılması gözlənilir”.
Artıq TÜBAF tərəfindən müraciətlərin qəbuluna başlanılıb. Yarışmaya televiziya, radio, qəzet və internet mediasının nümayəndələri müraciət edə bilərlər.





