BAYRAQDAR MEDİA – Noyabrın 18-də doğma yurduna yola salınan köç karvanı Horovlu kəndinə çatıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “bu mərhələdə Horovlu kəndinə 160 nəfərdən ibarət 37 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, sözügedən Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər”.





