BAYRAQDAR MEDİA – Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Pakistanın informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri Şaza Fatima Xavaja ilə görüş keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “görüşdə Azərbaycanda innovasiya və rəqəmsal inkişaf sahəsində həyata keçirilən yeniliklər haqqında müzakirələr aparılıb. İKT sahəsində normativ hüquqi bazanın genişləndirilməsi və müvafiq sahədə birgə layihələrin icrası məqsədilə işçi qrupun yaradılmasına dair razılıq əldə olunub”.





