BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” çağırış kampaniyasını davam etdirir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “bu dəfə yayımlanan videoçarxda Şuranın üzvü, Azərbaycan Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyasının üzvü Mehmet Manavoğlu əkinçilikdə və bağçılıqda pestisid və gübrələrin düzgün seçilməsinin əhəmiyyətindən bəhs edir. Onun sözlərinə görə, pestisid və gübrələr nəzarətsiz və qeydiyyatsız şəkildə tətbiq olunduqda yalnız torpağa deyil, eyni zamanda, suya, havaya və süfrəmizdəki qidaya da zərər vurur”.
Sonra xəbərdə, “mənşəyi məlum olmayan və qeydiyyatsız preparatlar görünməz, amma real təhlükə yaradır. Yalnız qeydiyyatdan keçmiş, keyfiyyəti təsdiqlənmiş gübrə və pestisidlərdən istifadə etməklə ətraf mühiti qorumaq, sağlam gələcək üçün zəmin yaratmaq mümkündür”.





