Press "Enter" to skip to content

Basqalda mühüm layihələr həyata keçirilir

Murad Ağabəyli

Murad Ağabəyli: 2025-ci ildə, yəni yenidənqurmanın ikinci mərhələsi dövründə bərpa olunan küçələrin sayı artırılıb, hamam-muzeyin açılışı reallaşıb

BAYRAQDAR MEDİA – “Dövlət Turizm Agentliyi “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda tarixi və mədəniyyət abidələrinin bərpası, konservasiyası, abadlaşdırılması, ənənəvi xalq sənətkarlığının dirçəldilməsi və turizm infrastrukturunun formalaşdırılması istiqamətində mühüm layihələr həyata keçirir”.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli deyib.

O, bildirib ki 2022-ci ildə Prezident İlham Əliyev Basqala səfər edərək burada görülən yenidənqurma işlərinin birinci mərhələsi ilə, bərpa olunmuş küçələr, bulaqlar və digər tarixi məntəqələrlə tanış olub.

Basqalda media nümayəndələrinin DTA-nın təşkilatçılığı ilə qoruqlara səfəri çərçivəsində sualları cavablandıran M.Ağabəyli qeyd edib ki, 2025-ci ildə, yəni yenidənqurmanın ikinci mərhələsi dövründə bərpa olunan küçələrin sayı artırılıb, hamam-muzeyin açılışı reallaşıb: “Eyni zamanda, digər tarixi binalar, o cümlədən Hacı Bədəl məscidi üzərində bərpa işlərinə başlanılıb. Bazar meydanı yenidən qurulub. Bu işlərin 2026-ci ilin əvvəlində yekunlaşdırılması nəzərdə tutulur”.

Murad Ağabəyli həmçinin diqqətə çatdırıb ki, Basqalda yerləşən arxeoloji park kimi yenidən qurulan Şeyx Məhəmməd məscidi də üzərində bərpa işləri aparılan abidələr siyahısındadır: “Məscidin ərazisində həyata keçirilmiş arxeoloji qazıntılar əsnasında çox dəyərli artefaktlar üzə çıxarılıb.

Mission News Theme by Compete Themes.