Press "Enter" to skip to content

Beynəlxalq simpoziumun bağlanış mərasimi olub

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Osmaniye Universitetinin ev sahibliyi ilə keçirilən Uluslararası Dede Korkut / Korkut Ata Simpoziumunun bağlanış və qiymətləndirmə iclası Rektorluq Dəli Dumrul Salonunda reallaşıb.

Bu barədə univeristetin məlumatında qeyd edilib.

Məlumata görə, iclasa universitetin rektoru Prof. Dr. Turqay Uzun sədrlik edib: “MHP genel başqanının Baş müşaviri və Əhməd Cavad İnstitutunun başqanı Prof. Dr. Ruhi Ersoy, Fırat Universitetinin müəllimləri Prof. Dr. Ahmet Buran və Prof. Dr. Esma Şimşek, eləcə də Başkent Universitetinin müəllimi Prof. Dr. Abdurrahman Güzel çıxış ediblər”.

Rektor Turqay Uzun çıxışında bildirib ki, simpozium boyunca alimlərimizin töhfələri ilə Dədə Qorqudun mənəvi irsini, mədəni zənginliyimizi və ortaq kimliyimizi müxtəlif yönləri ilə müzakirə etmək imkanı əldə edilib: “Simpoziumun Türk dünyasında akademik əməkdaşlığa və mədəni bağların güclənməsinə mühüm töhfə verdiyinə inanıram.”

Digər çıxışçılar da simpoziumun Türk dünyasının ortaq mədəni dəyərlərinin yaşadılması, gələcək nəsillərə ötürülməsi və akademik səviyyədə daha geniş təsir dairəsi yaratması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

Mission News Theme by Compete Themes.