BAYRAQDAR MEDİA – Meteorologiya Ümumi Müdirliyi tərəfindən 1 oktyabr 2024 – 30 sentyabr 2025 dövrünü əhatə edən su ili yağıntıları ilə bağlı hesabat hazırlanıb.
Bu barədə bilecikhaber.com.tr saytı məlumat yayıb.
Məlumatda deyilir ki, hesabata görə, Türkiyə üzrə su ili yağıntıları son 52 ilin ən aşağı səviyyəsində olub: “Su ili yağıntıları bütün bölgələrdə normadan və ötən ilin yağıntılarından aşağı olub, bu acı tabloya Bilecik də daxil olub. Bilecik-də yağıntılar son 65 ilin ən aşağı səviyyəsinə qədər düşüb. Marmara bölgəsində isə yağıntılar son 63 ilin ən aşağı səviyyəsi kimi qeydə alınıb”.





