Press "Enter" to skip to content

Əlilliyi olan uşaqların valideynləri üçün təlim

Əlilliyi olan uşaqların valideynləri üçün təlim

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Sabunçu Sosial Xidmət Mərkəzinin benefisiarlarının valideynləri üçün təlim təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, ““Uşaq Hüquqları Aylığı”na həsr edilən təlim uşaqların hüquqlarının qorunmasında ailələrin rolunun gücləndirilməsi, həmçinin valideynlərin hüquqi və sosial biliklərinin artırılması məqsədi daşıyıb. Mərkəzin əməkdaşları uşaq hüquqlarının əsas prinsipləri, o cümlədən yaşamaq, fikirlərini sərbəst ifadə etmək, şəxsi toxunulmazlıq, təhsil və istirahət hüquqları haqqında ətraflı məlumat veriblər. Uşaqların sosial müdafiəsi və dövlət tərəfindən sosial dəstək mexanizmləri, eləcə də aztəminatlı ailələrə və xüsusi qayğıya ehtiyacı olan uşaqlara yönəlmiş sosial proqramlar barədə danışıblar”.

Təlimçilər tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Uşaqların müstəqil həyata hazırlanması mövzusunda fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.