Basqal kəndinin yerli sakinləri kəndə daimi yaşamaq üçün geri qayıdırlar
BAYRAQDAR MEDİA – Dövlət Turizm Agentliyinin turizmin inkişafı istiqamətində atdığı addımlar digər sahələrə də öz müsbət təsirini göstərir. Elə Basqal kəndində müşahidə edilənlər də bunu təsdiq edir.
Dövlət Turizm Agentliyinin (DTA) Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəylinin sözlərinə görə DTA-nın təşkilatçılığı ilə Basqal kəndinin yerli sakinləri kəndə daimi yaşamaq üçün geri qayıdırlar.
Media təmsilçilərinə açıqlamasında Murad Ağabəyli onu da deyib ki, bu günə qədər 10 ailə kəndə qayıdıb.
İdarə Heyətinin sədri bunu qoruqdakı canlanma, turist axını ilə əlaqələndirib.
Açıqlamada o da qeyd edilib ki, ərazi açıq hava şəraitində olduğu üçün turist sayını hesablamaq çətindir: “Lakin bilet satışından bilirik ki, axın intensivdir”.
Xatırladaq ki, 2022-ci il avqustun 12-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonuna səfərləri çərçivəsində “Basqal” Qoruğu ərazisinə də baş çəkib, burada aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar.





