Press "Enter" to skip to content

İdman zalından oğurluq edən şəxs saxlanılıb

BAYRAQDAR MEDİA – Ötən gün paytaxtın Xətai rayonunda yerləşən idman zallarının birində talama cinayəti baş verib. Naməlum şəxs səhər saatlarında obyektə daxil olaraq içərisindən 8 min 500 manat dəyərində geyim və idman əşyaları, kompüter oğurlayıb. Bu barədə zərərçəkən polisə məlumat verib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər də analoji cinayətlərə görə dəfələrlə məhkum edilmiş 41 yaşlı V.Məmmədov müəyyən olunaraq saxlanılıb. Xəzər rayonunda isə Binə qəsəbə sakininin həyətyanı sahəsindən 1 min manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunan 41 yaşlı Z.Əliyev də saxlanılıb”.

Araşdırmalar aparılır.

Mission News Theme by Compete Themes.