Press "Enter" to skip to content

İstanbul səfəri başa çatıb

Diasporla İş üzrə Dövlət Komitəsi

BAYRAQDAR MEDİA – Vətən müharibəsində şanlı Zəfərin 5 illiyi münasibətilə şəhid və qazi övladlarının İstanbul şəhərinə səfəri başa çatıb.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, iştirakçılar Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Atatürkün Anım mərasimində, şəhid Anıl KaanAybek adına məktəbdə keçirilən xatirə tədbirində iştirak edib, eləcə də Gaziosmanpaşa Kaymakamlığında görüş keçiriblər: “Səfər çərçivəsində daha bir görüş Gaziosmanpaşa Kızılay şöbəsində İstanbul Valisi Davut Güllə olub. Görüş zamanı iki ölkə arasında qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Azərbaycan və Türkiyə şəhid və qazi övladlarının bu kimi görüşlərinin xalqlarımız arasında sarsılmaz birliyin göstəricisi olduğu vurğulanıb. Bu əməkdaşlığın gələcəkdə də qarşılıqlı səfərlərin təşkil olunacağı bildirilib. Gaziosmanpaşa kaymakamlığında iştirakçılara sertifikat və hədiyyələr təqdim edilib”.

Onlar İstanbuldaYerəbatan Sarnıcı muzeyində,Topqapı sarayında, Dolmabahçe sarayında, Ayasofya Camisində olublar. Bununla yanaşı Beşiktaş stadion turu, Üsküdar sahildə gəzinti, İstanbul boğazında gəmi ilə səyahət təşkil edilib.

Qeyd edək ki, səfər zamanı Vətən müharibəsinin şəhid və qazilərininövladlarınıAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədr müavini Pərviz Məmmədzadə, “YAŞAT” Fondunun məsul əməkdaşı Aqşin Balahəsənli müşayiət ediblər.

Bu səfər şəhid və qazi övladlarının qardaş Türkiyə ilə tanışlığı, həmçinin Vətənmüharibəsi qəhrəmanlarının ailələrinə göstərilən diqqət və qayğının daha bir nümunəsi kimi dəyərləndirilir.

Mission News Theme by Compete Themes.