Press "Enter" to skip to content

Qarşıdan gələn qıs mövsümünə hazırlıq

Mediatur zamanı

Kənan Quluzadə: Qış mövsümü ərəfəsində Azərbaycanın məşhur turizm məkanlarını daha çox yerli turistlərə tanıtmaq, daha doğrusu, onlara xatırlatmaq istəyirik

BAYRAQDAR MEDİA – “Bakıda keçirilmiş “Çin Ziyarətçiləri Sammiti” (“China Visitors Summit”) çərçivəsində Azərbaycana gəlmiş 50-dən çox turizm şirkətinin nümayəndələri də hazırda Basqaldadırlar”.
Bunu noyabrın 18-də Basqalda media təmsilçilərinə açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri Kənan Quluzadə deyib.

K.Quluzadə qeyd edib ki, Çinin 50-dən çox turizm şirkətinin nümayəndələri Basqaldan sonra Qəbələyə, Qaxa və Şəkiyə səfərlər edəcəklər.

“Qarşıdan gələn qış mövsümü ərəfəsində Azərbaycanın məşhur turizm məkanlarını daha çox yerli turistlərə tanıtmaq, daha doğrusu, onlara xatırlatmaq istəyirik” deyən K.Quluzadə əlavə edib ki, turistlərin bu məkanlarda təkcə istirahətə yox, eyni zamanda, mədəni-tarixi irsimizə diqqət ayırmaları arzuolunandır.

Müşavirin sözlərinə görə, “Basqal” Dövlət Tarix-Mədəniyyət və “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruqları turistlər üçün bu baxımdan diqqət çəkən məkanlar sırasındadır.

Mission News Theme by Compete Themes.