Press "Enter" to skip to content

Sahibkarlarla növbəti görüş Qubada keçirilib

KOBİA

BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

Bu barədə KOBİA-dan məlumat verilib.

Məlumata görə, tədbirə kənd təsərrüfatı, intensivbağçılıq, turizm, sənaye, xidmət, ticarət, ictimai-iaşə, arıçılıq və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar, eləcə də dövlət qurumlarının nümayəndələri, ümumilikdə100-dən çox iştirakçı qatılıb: “Görüşdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlıq fəaliyyəti, bu sahədə qanunvericilik, dövlət dəstəyi mexanizmləri vasitəsilə rayonun biznes imkanlarının reallaşdırılması ilə bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, Quba rayonu əsasən meyvəçilik və bağçılıq üzrə ixtisaslaşıb. Rayonda son illər emal müəssisələrinin yaradılması, turizm və xidmət sektorunun genişlənməsi müşahidə edilir. KOBİA da bütün regionlarda olduğu kimi Qubada sahibkarlığın inkişafına öz mandatı çərçivəsində dəstək göstərir. Rayonun iqtisadi üstünlüklərindən yararlanmaqla sahibkarlar meyvə və giləmeyvə əsaslı məhsullardayerli brend formalaşdıra, bölgənin turizm potensialından istifadə etməklə aqroturizm və ekoturizm sahəsində yeni təşəbbüslər irəli sürə bilərlər. Həmçinin səmərəli modellərin tətbiqi, enerjiyə qənaət və yaşıl texnologiyaların biznes proseslərinə daxil edilməsi sahibkarlıq üçün faydalı olacaqdır. Dövlətin dəstək mexanizmləri barədə məlumatlı olmaq, güzəştli maliyyələşmə, ixrac və digər proqramlardan faydalanmaqla rayonun potensialınauyğun yeni biznes istiqamətlərinin araşdırılması da biznes üçün faydalıdır”.

Sonra görüşdə iştirak edən sahibkarların təklifləri dinlənilib, meyvə-tərəvəz məhsullarının satışına, ⁠emal müəssisələrinin yaradılmasına, kənd təsərrüfatı məhsullarının saxlanması üçün kiçik həcmli soyuducuların alınmasına və arıçılıq təsərrüfatı üçün torpaq sahəsinin icarəyə götürülməsinə dəstək, aqroturizm, suvarma,tingçilik, infrastruktur məsələləri və s.ilə bağlı müzakirələr aparılıb, biznes subyektlərinin sualları cavablandırılıb.

Mission News Theme by Compete Themes.