Press "Enter" to skip to content

Səfirdən rektora ziyarət

Görüşdən xatirə fotosu

BAYRAQDAR MEDİA– Çexiya Respublikasının Ankaradakı səfiri Petr Stepanek, Ankara Universitetinin rektoru Prof. Dr. Necdet Ünüvarı ziyarət edib. Görüşdə Ankara Universiteti ilə Çexiya Respublikasının universitetləri arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş konkret addımlar müzakirə olunub.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumata görə, görüşdə təhsil sahəsində əməkdaşlığın inkişafı və tələbə mobilliyinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb: “Səfir Stepanek iki ölkə universitetləri arasında əməkdaşlığı canlandırmaq istədiklərini bildirərək, universitetlərarası əməkdaşlığın dövlətlər arasındakı münasibətlər baxımından da çox önəmli olduğunu vurğulayıb. Rektor Ünüvar isə Çexiya Respublikasının Brno Universiteti ilə Ankara Universiteti arasında baytarlıq və əczaçılıq sahəsində 2022-ci ildə müddəti başa çatan protokolun mövcud olduğunu xatırladaraq, “Bu anlaşmanı yenidən canlandıra bilərik. Bundan əlavə, digər universitetlərlə də əməkdaşlıqdan məmnun olarıq”, – deyə qeyd edib”.

Görüşün sonunda səfir Stepanek Ankara Universitetinin Şərəf Dəftərini imzalayıb. Rektor Ünüvar səfirə universitetin simvolu olan Günəş Kursunu hədiyyə edib.

Daha sonra xatirə fotosu çəkilib.

Mission News Theme by Compete Themes.