BAYRAQDAR MEDİA – Türkiyə üzrə bir internet saytında keçirilən və 1 milyondan çox insanın iştirak etdiyi IQ testinin nəticələrinə görə, 81 vilayətin orta zəkası müəyyənləşdirilib. Yeddi bölgədən yüksək iştirakın olduğu testdə Türkiyənin ən ağıllı vilayəti Eskişehir seçilib.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Məlumata görə, siyahının zirvəsində yer alan Eskişehir, ölkə üzrə sıralamada diqqətə çarpan üstünlük göstərib: “Mədəni quruluşu, universitet şəhəri kimliyi, təhsil infrastrukturu və elmi fəaliyyətləri ilə ön plana çıxan Eskişehir, IQ ortalamasında 105,20 bal toplayaraq Türkiyənin ən ağıllı şəhəri seçilib. Anadolu Universiteti, Osmangazi Universiteti, Eskişehir Texniki Universiteti kimi iki nəhəng universitetə ev sahibliyi edən şəhər, təhsil səviyyəsi və intellektual həyatla uğura güclü zəmin hazırlayıb”.
Məlumata əsasən, zəka ortalaması sıralamasında Eskişehiri aşağıdakı vilayətlər izləyib: Ankara – 104,91, İzmir – 104,51, Muğla – 104,12, Çanakkale – 104,02 və İstanbul – 104,02





