BAYRAQDAR MEDİA – Türkiyənin Anadolu Universiteti ilə Afghanistan International Online Academy (AIOA) akademik və mədəni əməkdaşlığı inkişaf etdirməyi hədəfləyən mühüm bir Anlaşma Memorandumu (MoU) imzalayıb.
Bu barədə Anadolu Universitetindən məlumat verilib.
Məlumata görə, onlayn keçirilən tədbir iki qurumun xüsusilə rəqəmsal təhsil və açıq öyrənmə sahələrindəki ortaq vizyonunu möhkəmləndirib: “Anadolu Universitetinin rektoru Prof. Dr. Yusuf Adıgüzel çıxışında təhsilin sərhədləri aşan və cəmiyyətlərə ümid verən universal bir güc olduğunu vurğulayıb”.
Rektor deyib: “Daxil olduğumuz rəqəmsal çağda onlayn təhsilin və açıq öyrənmə resurslarının imkanları, bilik əldə etməkdə bərabər imkanlar yaratmaq missiyamızda mühüm rol oynayır. Anadolu Universiteti olaraq beynəlxalqlaşmanı strateji hədəflərimizin mərkəzində saxlayırıq. Qlobal vizyonumuzu bölüşən qurumlarla bağlarımızı gücləndirməklə hər iki qurumun akademik potensialının zənginləşəcəyinə inanırıq.”
AIOA-nın başqanı Dr. Hamidullah Mufeed də əməkdaşlıqdan duyduğu məmnuniyyəti ifadə edib.





