BAYRAQDAR MEDİA – “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İtaliya Respublikasının Baş Qərargahı arasında 2025-ci il üçün imzalanmış ikitərəfli əməkdaşlıq Planı”na əsasən “Dağlıq ərazidə köməksiz qalmış şəxslərin axtarış və xilasedilməsi üzrə” ekspert görüşü keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “İtaliyanın Çerviya şəhərində yerləşən 15-ci Stormo axtarış və xilasetmə bazasında keçirilən görüşdə bazanın rəhbər heyəti və Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) paraşüt-desant və axtarış xilasetmə üzrə hərbi qulluqçuları iştirak ediblər. Görüş zamanı iki ölkənin mütəxəssisləri arasında təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib”.





