BAYRAQDAR MEDİA – Iğdır mərkəz və rayon muhtarlar dərnəklərinin sədrləri Iğdır Universitetinin rektoru Prof. Dr. Ekrem Güreli ziyarət edərək yeni vəzifəsində uğurlar arzulayıblar.
Bu barədə univeristetdən məlumat verilib.
Məlumata görə, Iğdır Merkez Köyleri Muhtarları Derneği başqanı Mikail Ud, Merkez Mahalle Muhtarları Derneği başqanı Evren Aydın, Aralık Muhtarlar Derneği başqanı Ahmet Gül, Tuzluca Muhtarlar Derneği başqanı Dinçer Özlü və Karakoyunlu Muhtarlar Derneği başqanı Caner Aydın bir qrup muxtarla birlikdə rektoru təbrik ediblər: “Səmimi şəraitdə keçən görüşdə muhtarlar rektora uğurlar diləyərək Iğdırın inkişafı və universitet-yerli idarəetmə əməkdaşlığının güclənməsi arzusunda olduqlarını bildiriblər. Görüşdə həmçinin universitetin regional inkişafdakı rolu və yerli problemlərə akademik dəstək verilməsi mövzuları müzakirə olunub”.
Rektor Prof. Dr. Ekrem Gürel ziyarətdən məmnunluğunu ifadə edərək muhtarlara təşəkkür edib. O, universitetin cəmiyyətlə iç-içə bir vizyonla çalışmalarını davam etdirəcəyini, yerli idarəetmələr və QHT-lərlə əməkdaşlığa önəm verdiyini qeyd edib.
Görüş xatirə fotosunun çəkilməsi ilə başa çatıb.





