Press "Enter" to skip to content

 İsveçdə Azərbaycanın şanlı Zəfərinə həsr olunan məqalə dərc edilib

“Qafqazı dəyişdirən qələbə” adlı məqalə

BAYRAQDAR MEDİA – İsveçin nüfuzlu “Agenda Nexus” analitik platformasında Azərbaycanın Zəfər Gününə və onun Cənubi Qafqazda yeni reallıqların formalaşmasındakı roluna həsr edilən “Qafqazı dəyişdirən qələbə” adlı məqalə dərc olunub.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məluamat görə, məqalədə Vətən müharibəsindəki şanlı qələbə, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinin Güney Qafqazda yaratdığı yeni vəziyyət və Zəngəzur dəhlizinin strateji nəqliyyat-enerji arteriyasına çevriləcəyi geniş təhlil olunub: “Məqalədə, həmçinin layihənin reallaşmasının yalnız Azərbaycana deyil, həm də əməkdaşlıq yolunu seçərsə, Ermənistana da fayda gətirə biləcəyi vurğulanıb. Müəllifin fikrincə, Cənubi Qafqaz keçmiş düşmənlərin tərəfdaşlara çevrildiyi, müharibənin isə yerini sülhə və yaradıcılığa verdiyi bir nümunə ola bilər”.

Mission News Theme by Compete Themes.