BAYRAQDAR MEDİA – Noyabrın 20-də doğma yurduna yola salınan köç karvanları Ağdərə rayonunun Vəngli və Həsənriz kəndlərinə çatıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “bu mərhələdə Vəngli kəndinə köçürülən 11 nəfərdən ibarət 4 ailəyə, Həsənriz kəndindən isə 93 nəfərdən ibarət 23 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, QMKİDK-nin nümayəndələri iştirak ediblər”.





