Press "Enter" to skip to content

Posoflu həmşərilərindən Ardahan Univeristetinə ziyarət

Görüş zamanı

BAYRAQDAR MEDİA – Posof Gənclik və İdman İlçə Müdiri Erhan Yılmaz, Posoflu həmşərisi Ardahan Universitetinin rektoru Prof. Dr. Öztürk Emiroğluna “xeyirli olsun” ziyarəti edib.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumata görə, 2025-ci il 10 aprel tarixli qərarla Ardahan Universitetinin rektoru vəzifəsinə təyin olunan Prof. Dr. Öztürk Emiroğluna edilən təbrik ziyarətləri davam edir: “Bu çərçivədə Posof Liseyinin təqaüdçü müdiri Sezgin Seyhan ilə birlikdə Erhan Yılmaz rektoru ziyarət edib. Görüşdə universitet ilə Posof bölgəsində təhsil, idman və gənclik fəaliyyətlərinin gücləndirilməsinə dair potensial əməkdaşlıq mövzuları müzakirə olunub”.

Rektor Prof. Dr. Öztürk Emiroğlu ziyarətçilərə təşəkkür edərək göstərdikləri səmimi diqqətə görə minnətdarlığını bildirib. Erhan Yılmaz da həmşərisinə yeni vəzifəsində uğurlar arzulayaraq qonaqpərvərliyə görə təşəkkür edib.

Səmimi söhbət şəraitində keçən görüş xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Mission News Theme by Compete Themes.