BAYRAQDAR MEDİA – Paytaxtın Səbail rayonunda talama cinayəti baş verib. Badamdar qəsəbə sakininin evindən 50 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə zərərçəkən polisə müraciət edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin evdə xadimə kimi çalışan 50 yaşlı M.Abdullayeva şübhəli şəxs qismində müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun qızıl-zinət əşyalarını ayrı-ayrı vaxtlarda hissə-hissə evdən oğurladığı müəyyən olunub. İdarənin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə iki vətəndaşın ümumilikdə 2 min 470 manat nağd pul və bank kartlarını oğurlamaqda şübhəli bilinən 21 yaşlı N.İsmayılova da tutulub”.
Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.





