Press "Enter" to skip to content

 “Cezeri Atölye” layihəsi Moldovada həyata keçirilib

BAYRAQDAR MEDİA– Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Elm və Texnologiya Təhsil Proqramı (BİTEP) çərçivəsində bir çox ölkədə qurduğu Cezeri LAB şəbəkəsinin lisey səviyyəsindəki versiyası olan ilk “Cezeri Atölye”ni Moldovada istifadəyə verib.

Bu barədə TİKA-nın məlumatında qeyd edilib.

Bildirilib ki, “hazırda 22 ölkədə 25 Cezeri Laboratoriyası universitetlərdə fəaliyyət göstərir, gələn tələblərə uyğun olaraq layihənin liseylər üçün uyğunlaşdırılmış versiyasının qurulmasına qərar verilib. Bu çərçivədə TİKA-nın ilk Cezeri Atölyəsi Moldova Texniki Universiteti Kollecinin tələbi əsasında yaradılıb.
Atölyə gənclərin texnologiyaya çıxışını artırmaq üçün 3D printer, 3D skaner, lazer kəsici, kompüterlər, robotik təhsil dəstləri və müxtəlif mexaniki-elektron avadanlıqlarla təchiz olunub. Kollecdə 12 müxtəlif sahədə 1 400 tələbə təhsil alır, məzunların əksəriyyəti Təhsilini Universitetdə davam etdirir”.

Məlumata görə, laboratoriyanın səmərəli istifadəsi üçün 12 nəfərlik qrupla (5 müəllim, 7 tələbə) bir həftəlik təlim keçirilib: “Təlimdə iştirakçılara 3D dizayn və çap, robotik tətbiqlər və mekatronik layihələr üzrə nəzəri və praktik dərslər verilib. Açılış və sertifikat təqdimetmə mərasimində Türkiyənin Kişiçinov səfiri Uyqar Mustafa Sertel, TİKA Kişiçinov Koordinatoru Tarık Mete, Moldova Təhsil və Araşdırma Nazirliyi Baş Katibi Adriana Cazacu və Moldova Texniki Universiteti Rektor Müavini Vladislav Reșitca iştirak edib. Səfir Sertel çıxışında TİKA-nın çağın tələblərinə uyğun layihələr aparmasından məmnunluğunu ifadə edərək gənclərə böyük imkan yaradıldığını vurğulayıb. Adriana Cazacu isə layihəni qısa müddətdə həyata keçirən TİKA-ya təşəkkürünü bildirib”.

Mission News Theme by Compete Themes.