Press "Enter" to skip to content

Daha bir təlim keçirilib

BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli tərəfindən “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda onlayn formada təlim keçirilib. Təlimdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları iştirak edib.

DİM-dən verilən məlumata görə, təlim zamanı iştirakçılara fəaliyyətin qiymətləndirilməsi anlayışı, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası, həmçinin həmin qaydada yer alan prosedurlar və düsturlar ətraflı şəkildə izah edilib. Eyni zamanda qiymətləndirilmə zamanı edilən səhvlər və problemlər barədə qarşılıqlı müzakirə aparılıb.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Mission News Theme by Compete Themes.