BAYRAQDAR MEDİA – “Sosial Məsələlərin Həllinə Kömək” İctimai Birliyinin təşkilatçılığı ilə Konstitusiya və Suverenlik İli çərçivəsində “Gənclik, Sosial Təhsil və Sosial Dəyərlər” adlı tədbir həyata keçirilib.
Tədbirin əsas mahiyyəti sosial təşkilat tərəfindən il ərzində icra olunan bir sıra sosial layihələrin təqdim olunmasıdır. Bu layihələr təhsil sahəsində, inklüziv cəmiyyətin təşviqi istiqamətində, eləcə də sosial və korporativ dəyərlərin formalaşdırılmasına xidmət edən çoxsaylı sosial təşəbbüsləri əhatə edirdi. Hər bir layihə uğurla tamamlanaraq tədbir çərçivəsində ictimaiyyətə təqdim olunub.
Tədbirin əsas hissəsində təhsilin cəmiyyətimizdəki önəmini vurğulamaq məqsədilə gənc aktyor və aktrisaların hazırladığı xüsusi səhnə tamaşası nümayiş etdirilib. Tamaşa iştirakçılar və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Daha sonra tədbirin ümumi təşkilati fəaliyyəti və sosial layihələrin icrasını əks etdirən videoçarx nümayiş etdirilib. Videoçarxın ardınca rəsmi çıxışlar edildi və bununla da tədbir öz işini yekunlaşdırıb.





