Press "Enter" to skip to content

YTB-dən Ukraynaya dəstək

BAYRAQDAR MEDİA – Türkiyənin Xaricdəki Türk və Qohum İcmaları üzrə Başqanlığı (YTB) Ukraynaya yönəlmiş mədəni və akademik fəaliyyətlərini infografik vasitəsilə ictimaiyyətə təqdim edib.

Bu barədə YTB-nin məlumatında qeyd edilib.

YTB məlumatına görə, bu günə qədər 3 min 553 ukraynalı tələbə Türkiyə Təqaüdlərinə müraciət edib, 1 340 tələbə təqaüdlə təmin olunub: “Hazırda 105 tələbə Türkiyədə təhsilini davam etdirir, məzunların sayı isə 872-dir. YTB-nin Ukraynaya yönəlmiş fəaliyyətləri yalnız təqaüd proqramları ilə məhdudlaşmır. “Türkiyə-Ukrayna Dostluq Körpüsü Projesi”, mədəni mübadilə proqramları, yay düşərgələri, konfrans və panel dəstəkləri vasitəsilə iki ölkə arasında mədəni əlaqələr gücləndirilir”.

Qeyd edilib ki, xüsusi layihələr arasında “Kırım Ailəsi Məktəbi”, “Kırım Tatar Gənclik Qurultayları” və “1944 Sürgünü Anma Fəaliyyətləri” yer alır: “Kırım Tatar və Qaqauz dilində uşaq kitabları və dövri nəşrlər hazırlanaraq dil və mədəni irsin qorunmasına töhfə verilir.

YTB həmçinin Ukraynadakı türk mənşəli icmaların mədəni irsini sənədləşdirmək məqsədilə “Qırım Mədəni İrs və Şifahi Tarix Araşdırmaları” həyata keçirir. Akademik nəşrlər və məzun görüşləri ilə diaspora ilə Türkiyə arasındakı əlaqələr möhkəmləndirilir”.

Mission News Theme by Compete Themes.