Press "Enter" to skip to content

Anadolu Universiteti “U Fest”ə hazırlaşır

“U Fest” 25-28 noyabr tarixlərində keçiriləcək

BAYRAQDAR MEDİA – Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi ilə Anadolu Universitetinin birgə təşkil etdiyi Türkiyənin ən geniş nəqliyyat festivali “U Fest”, 25-28 noyabr tarixlərində tələbələr və ziyarətçilərlə görüşəcək.

Bu barədə universitetdən məlumat verilib.

Məlumata əsasən, festival boyunca Nəqliyyat və İnfrastruktur Nazirliyinin müavini Osman Boyraz da çıxış edəcək: “Tədbirlər hər gün saat 10:00-17:00 arasında Tələbə Mərkəzi Foye Sahəsində keçiriləcək.

Festival iştirakçıları arasında keçiriləcək lotereya oynunda dörd nəfərə Doğu Ekspresi bileti hədiyyə olunacaq. Çəkiliş 28 noyabr Cümə günü saat 14:00-da Tələbə Mərkəzi Foye Sahəsi və Yunus Emre Konfrans Salonunda canlı aparılacaq”.

Mission News Theme by Compete Themes.