Press "Enter" to skip to content

Endirim aksiyası 6 gün davam edəcək

Sürət qatarı

BAYRAQDAR MEDİA – Türkiyənin milli təhsil naziri Yusuf Tekin, Müəllimlər Günü münasibətilə Yüksək Sürətli Qatar (YHT) biletlərində 50 faiz endirim tətbiq olunacağını açıqlayıb.

Bu barədə yozgathabergazete.com saytı məlumat yayıb.

Məlumata görə, nazir bildirib ki, “24–30 noyabr 2025 tarixləri arasında YHT və ana xətt qatar biletlərindən bütün müəllimlərimiz 50 faiz endirimlə yararlana biləcək.”

Məlumata əsasən, Yozqatdan Yüksək Sürətli Qatarla səyahət etmək istəyən müəllimlər də 24–30 noyabr tarixləri arasında endirimdən istifadə edə biləcəklər.

Mission News Theme by Compete Themes.