Press "Enter" to skip to content

“Prioritet”dən növbəti yaddaqaln tədbir

Tədbir zamanı

İlk dəfə olaraq milli korporativ sosial məsuliyyət təcrübəsinin inkişafı ilə əlaqədar QHT- özəl sektor ekspert müzakirələri keçirilib

BAYRAQDAR MEDİA – Azərbaycanda ilk dəfə olaraq milli korporativ sosial məsuliyyət təcrübəsinin inkişafı ilə əlaqədar QHT- özəl sektor ekspert müzakirələri keçirilib. 20-21 noyabr 2025-ci il tarixdə keçirilən müzakirələrdə korporativ sosial məsuliyyət (KSM) sahəsində qabaqcıl təcrübəyə malik 25 aparıcı şirkət, banklar, biznes assosasiyalar, Azərbaycan Milli QHT Forumu, Azərbaycan Sahibkarlar Konfederasiyasının, həmçinin QHT sektorundan müxətlif sahələr üzrə ixtisaslaşmış QHT təmsilçiləri iştirak edib.

Bu barədə “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, “ekspert müzakirələrinin məqsədi Azərbaycanda mövcud KSM təcrübəsinin inkişafının çoxtərəfli səylərlə dəstəklənməsi, şirkətlər və QHT-lər arasında daha effektiv nəticələr üçün əməkdaşlıq mexanizmlərini təkmilləşdirmək, çoxtərəfli tərəfdaşlığın gücləndirilməsi üzrə tövsiyələr hazırlamaqdır. Ekspert müzakirələri Azərbaycan Milli QHT Forumu (AMQF) İdarə Heyətinin üzvü “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB-in icra etdiyi “Milli korporativ sosial məsuliyyət (KSM) təcrübəsinin inkişafında QHT-lərin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunur”.
Məlumata əsasən, ekspert müzakirələrini giriş sözü ilə açan Azərbaycan Milli QHT Forumu (AMQF) İdarə Heyətinin sədri Ramil İskəndərli QHT-lərin mövcud KSM təcrübəsinin inkişafı üçün özəl sektorla sıx işləməyə hazır olduğunu qeyd edib: “Bildirib ki, ümumi rifahı üçün qayğı göstərmək səyləri QHT-lər və özəl sektoru birləşdirən ən böyük dəyərdir. “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB sədri Zaur İbrahimli bildirib ki, ilk dəfə keçirilən bu müzakirələr özəl sektor və QHT-ləri bir-birini daha yaxşı anlamağa, tanımağa imkan verəcək. Ən başlıcası gözləntiləri, boşluqları müəyyənləşdirməyə, mövcud potensialı dəyərləndirməyə kömək edəcək. Müzakirələrin əsas tapşırığı, özəl sektor və QHT-lərin KSM sahəsində əməkdaşlığını gücəndirəcək nöqtələri tapmaq və tövsiyələr müəyyənləşdirməkdir”.

Məlumatda daha sonra deyilir: “Azərbaycan Beynəlxalq Bankının Marketinq Departamentinin rəsi müavini Yadigar Cəfərli, “AzerGold” QSC-nin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Ariz Tarverdiyev “AzerGold” QSC-nin NAR Mobile İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin əməkdaşı Nuranə Əliyeva şirkətlər daxilində KSM-in idarə edilməsi, QHT-lərlə, icmalarla əməkdaşlıq, layihələrin monitorinqi və hesabatlılıq barədə təqdimatlar etdilər, gələcəyə baxış, KSM-in təkamülü barədə öz fikirlərini diqqə çatdırdılar və konkret nümunələr paylaşıblar. Layihə rəhbəri Zaur İbrahimli QHT-lər nöqteyi-nəzərindən QHT-lərin özəl sektorla KSM sahəsində əməkdaşlığının mövcud vəziyyəti ilə əlaqədar aparılmış araşdırmanın nəticələrini təqdim edib”.

Məlumatda həmçinin bildirilib ki, “layihə eksperti Əliməmməd Nuriyev QHT-lərin özəl sektorla KSM sahəsində əməkdaşlığının gücləndirilməsi ilə əlaqədar təklifləri səsləndirib. Layihənin digər ekspertləri Şahin Nəsrullayev, Mirəli Hüseynov öz fikirləri ilə bölüşüb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının Mətbuat Xidmətinin rəhbəri İlhamə Abdullayeva QHT-lərin şirkətlərin KSM iş prinsiplərini daha yaxşı öyrənməsinin, onların işindı peşəkarlıq, hesabatlılığın zəruriliyini qeyd edib. Şirkət nümayəndələri QHT-lərlə əməkdaşlığın perspektivi, mövcud boşluların aradan qaldırılması, KSM təcrübəsinin inkişafı ilə əlaqədar baxışlarını açıqladılar, təkliflər veridilər, sualları cavablandırdılar. Ekspert müzakirələrində səsləndirilən, müzakirə edilən məsələlər bütün maraqlı tərəflərin iştirakı “Özəl sektorun KSM siyasətində QHT-lərin iştirakı: təcrübə, yanaşmalar” mövzusunda keçirilcək konfransda bir daha nəzərdən keçiriləcək və gələcək addımlar müəyyənləşdiriləcək”.

Mission News Theme by Compete Themes.