BAYRAQDAR MEDİA – Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) layihə çərçivəsində 18 tarixi, mədəni və turizm obyektinin tanıdılmasını gücləndirmək üçün geniş broşür hazırlayıb.
Bu barədə TİKA-nın məlumatında qeyd edilib.
Məlumata görə “TİKA KKTC Layihələri: Tarix, Mədəniyyət və Turizm Marşrutu” üçün xüsusi veb sayt yaradılıb: “Veb sayt hər bir obyekt haqqında məlumat, foto qalereyalar və naviqasiya bağlantıları təqdim edir. Broşür və hədiyyə kartvizitlərdəki QR kodlar vasitəsilə sayta sürətli daxil olmaq mümkündür”.





